Satıcı 10 yaşlı uşağı səs-küy saldığı üçün güllələdi

Satıcı 10 yaşlı uşağı səs-küy saldığı üçün güllələdi
 

Türkiyədə göyərti satıcısı yüksək səsə görə uşağı güllələyib.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, mağazanın yaxınlığında oynayan 10 yaşlı uşağın səs-küy salması satıcının xoşuna gəlməyib. O, bundan narahat olduğu üçün mağazada saxladığı ov tüfəngindən atəş açıb.

Nəticədə uşaq bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb və huşunu itirib. Şübhəli şəxs isə cinayət yerindən qaçıb.

Ərazidə yaşayan sakinlər polisə və həkimlərə müraciət edib, uşaq özəl xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq uşaq dünyasını dəyişib. Şübhəli şəxs axtarılır, araşdırmalara başlanılıb.

 

0.12358999252319