Portuqaliya millisinin hücumçusu İtaliya klubuna keçəcək

Portuqaliya millisinin hücumçusu İtaliya klubuna keçəcək
 

Portuqaliyanın "Porto" klubunun hücumçusu Fransisko Konseysao İtaliya təmsilçisi "Yuventus"a keçəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər Portuqaliya yığmasının 21 yaşlı üzvünü 7 milyon avro qarşılığında icarəyə götürəcək.

Bununla yanaşı İtaliya klubu əlavə 3 milyon avro bonus ödəyəcək. Ancaq müqavilədə satın alma variantı nəzərdə tutulmayıb.

Qeyd edək ki, F.Konseysao “Porto” komandasının heyətində keçirdiyi 93 oyun ərzində 11 qol vurub, 13 məhsuldar ötürmə edib.

 

0.016669988632202