Vaşinqton separatizmə QUCAQ AÇIR
ABŞ Konqresində Azərbaycan Qarabağ iqtisadi rayonunda ləğv edilən separatçı rejimə ("Artsax") həsr olunmuş tədbir keçiriləcək.
Paralel.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.
Bildirilib ki, Konqresmenlər və ictimai xadimlər sentyabrın 19-da Kapitoli toplaşacaqlar. İclasda Azərbaycanın məsuliyyətə cəlb edilməsi, eləcə də ermənilərin Azərbaycanın qanuni ərazilərinə təhlükəsiz qayıtmasını tələb edən proqram müzakirə olunacaq.
Xatırladaq ki, ötən il sentyabrın 19-20-də Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpa edilməsi, separatçılığa, “boz zonaya” son qoyulub.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın "prezidenti" Samvel Şahramanyanın 2023-cü ilin sentyabrın 28-də imzaladığı "fərman"a əsasən Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim ləğv edilib.
Həmin sənədə əsasən, 2024-cü il yanvarın 1-dən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkibindəki bütün dövlət qurumları, təşkilatları ləğv edilib və qondarma rejim fəaliyyətini dayandırıb.