Ukrayana ordusu Rusiyanın gəmi-bərəsini vurdu - Krıma yanacaq daşıyırdı...
Ukrayna ordusu Rusiyanın Krasnodar diyarının Temrük rayonu ərazisindəki Qafqaz limanında dayanmış gəmi-bərəyə raket zərbəsi endirib.
"AzPolitika" teleqram kanallarına istifadən xəbər verir "Konro Treyder" adlı dəmiryolu bərəsinin yerli və milli "Neptun" raketi ilə vurulduğu bildirilir. Bərə Krıma yanacaq daşıyırdı.
Ukrayna Krımın logistikasını sıradan çıxarmaqla məşğuldur. Bərələr Krımın silah-sursat və yanacaqla təminatında çox mühüm rol oynayır. Ukrayna ordusu ötən aylarda daha 2 bərəni vurmuşdu.