AHİK-in sədrinin vəzifədən getməsindən niyə qorxurlar? – Səttar Möhbalıyev erası bitir

AHİK-in sədrinin vəzifədən getməsindən niyə qorxurlar? – Səttar Möhbalıyev erası bitir
 

Azərbaycanda həmkarlar təşkilatına “ver yeyim, ört yatım” təşkilatı da deyirlər.

 Avqustun 26-da keçiriləcək həmkarlar təşkilatlarının növbədənkənar qurultayında ölkənin ən böyük imperiyasının sədri, növbədənkənar parlament seçkilərində isə Naxçıvandan deputatlığa namizəd Səttar Möhbalıyevin vəzifədən gedəcəyini eşidən sahə və rayon təşkilatları sədrləri, yəni “ver yeyim, ört yatım” (AHİK) təşkilat rəhbərlərinin “gününə göy əski” bağlayıb. Sədrlər səhər açılandan axşama kimi Səttar Möhbalıyevin vəzifəsinə kimin gətiriləcəyi barədə düşünürlər.

Ölkədə 28 sahədə fəaliyyıt göstərən həmkarlar təşkilatını birləşdirən, hər ay işləyən ölkə vəndaşlarıının qazancından əziyyət çəkmədən 1-2 faiz pulu tutmaq hesabına milyonları sağa-sola istədiyi kimi xərcləyən, “ver yeyim, ört yatım” (həmkarlar) tşkilatlarında yuva salmış parazit həyat tərzi yaşamağa uyğunlaşmış şəxslər çox narahatdırlar.

Bəzilərini qorxudan heç də Səttar Möhbalıyevin AHİK sədrliyindən getməsi deyil, onların çirkli əməlləridir. Sədrin möhkəm dayaqlara malik olduğuna arxayın olan həmkarlar təşkilatlarının sədrləri həddlərini o qədər aşmışdılar ki, hətta sorğu-sullara belə cavab vrməyi özlərinə sığışdırmırdılar. Həmkarlar təşkilatlarının sədrləri o qədər arxayın idilər ki, ölkə Prezidentinin Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizəsindən belə çəkinmir, sanatoriya putyovkalarını (yollayışlarını) açıq rüşvət mənbəyinə çeviriblər.

Xüsusən Səttar Möhbalıyevin sədr olduğu Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatını (TİAHT) ölkədə təhsil sahəsində çalışan və sanatoriya müalicəsinə ehtiyacı olan hər kəs “putyovka satan təşkilat” kimi tanıyırlar! TİAHT-da işləyən Mübariz adlı “putyovka” bölən şəxs var. Bu adam nə DTX-dan, nə Baş Prokurorluqdan, nə də hüquq-mühafizə orqanları əməkdaşlarından çəkinmir.

AHİK Azərbaycanda o təşkilatlardandır ki, Azərbaycan müstəqillik qazanandan bəri ölkə vətəndaşlarının qazancını mənimsəyir, amma onlara heç bir xidmət etmir...

Mirdaməd
Paralel.az

0.077926158905029