"Lester" "Tottenhem" klubunun futbolçusunu transfer edib
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Oliver Skipp komandası ilə vidalaşıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqaya vəsiqə qazanan "Lester"lə anlaşıb.
O, 2029-cu ilə qədər "tülkülər"in şərəfini qoruyacaq.
Qeyd edək ki, İngiltərənin U-21 millisinin də üzvü olan O.Skipp son olaraq icarə əsasında "Norviç"də çıxış edib.