Hamı bu qaynaqçıdan danışır: "Xalq artistlərindən yaxşı oxuyur" - VİDEO

Hamı bu qaynaqçıdan danışır:
 

Azərbaycanda muğam oxuyan qaynaqçının videosu sosial şəbəkələrdə geniş müzakirə olunur.  

Bakıda qaynaqçı işləyən kişi öz emalatxanasından canlı yayım açaraq muğam oxuyub. 

O, daha sonra Xalq artisti, mərhum xanəndə Əlibaba Məmmədovun repertuarından sözləri Əliağa Vahidə məxsus "Birdənəsən" mahnısını ifa edib. 

Videoda ən maraqlı məqam qaynaqçının muğam oxuyarkən əlində Azərbaycan musiqi alətlərindən olan qaval əvəzində kaska tutmasıdır. Onun bu videosu bütün sosial şəbəkələrdə paylaşılıb. 

İzləyicilər öz rəylərində onun bəzi Xalq artistlərindən yaxşı oxuduğunu vurğulayıb. 

Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qaynaqçı mərhum xanəndə Sabir Mirzəyevi parodiya edib: 

"Əslində o oxumaq deyil, yamsılamaqdır, yəni parodiyadır. O, Sabir Mirzəyevi parodiya edir. Özü də "Çahargah" muğamından "Bəstənigar" şöbəsini ifa edib. O, heç Sabirin yanından keçə bilməz. Mən ona məsləhət görərdim ki, gül kimi sənəti ilə məşğul olsun".

 

0.015993118286133