Oğlunu 20 gün əvvəl itirən müğənni səhnəyə çıxdı - VİDEO
20 gün əvvəl oğlu Harun Akarözü itirən müğənni Safiyə Soyman səhnəyə çıxıb.
Vəziyyəti pərəstişkarlarına "Oğlum həmişə səhnədə olmağımı istəyirdi. Biz sənətçilərə səhnə heç vaxt bağlana bilməz" sözləri ilə izah edən Soymanı tənqid edənlər də olub, alqışlayanlar da...
Qeyd edək ki, 47 yaşlı oğlu Harun Akarözün ölümü ilə sarsılan Safiye Soymandan günlər sonra yenidən səhnəyə qayıdıb. Kayseridə konsert verən Soyman paylaşımında bunları deyib: "6 ay əvvəl bu işləri götürdüm və müqavilələrim var idi. Hansı peşə sahibi olursan ol həyat davam edir".//Baku.ws