Xəzər Media Forumunda Qarabağın işğal illərində dağıdılmış görüntüləri nümayiş etdirilib

Xəzər Media Forumunda Qarabağın işğal illərində dağıdılmış görüntüləri nümayiş etdirilib
 

Qarabağın Ermənistan tərəfindən işğal olunduğu illərdə dağıdılmış görüntüləri IX Xəzər Media Forumu çərçivəsində nümayiş etdirilib.

"Report"un Həştərxana ezam olunan əməkdaşı xəbər verir ki, Xəzər Media Forumunun bölməsində çıxışı zamanı “Baku TV”nin müxbiri Günay Namazova işğaldan azad edilmiş ərazilərin kadrlarını təqdim edib.

Kadrlarda erməni işğalçılarının ötən 30 il ərzində törətdikləri irimiqyaslı dağıntılar qeydə alınıb. O qeyd edib ki, hazırda Azərbaycan fəal genişmiqyaslı bərpa-tikinti işləri aparır. Bərpa olunan obyektlər arasında Qarabağın mədəni və dini irsinə xüsusi diqqət yetirilir.

Xəzər Media Forumunun sessiyası çərçivəsində Azərbaycanın Rus İcması sədrinin müavini Anastasiya Lavrina da çıxış edib. A.Lavrina qeyd edib ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğalı zamanı Qarabağ problemi ilə bağlı doğru informasiyanı çatdırmaq üçün dünya informasiya resurslarına kifayət qədər çıxış əldə etməyib. Dünya mediasında real mənzərəni tam əks etdirməyən dezinformasiya yayılıb.

O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasının gələcəkdə nəqliyyat kommunikasiyalarının daha da açılmasına və bütün regionun daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

 

0.036276817321777