Ağbirçəy Suğra Ana Qamət Süleymanovun fırıldaqçı əməllərindən bezib Prezident İlham Əliyevdən kömək istədi

Ağbirçəy Suğra Ana Qamət Süleymanovun fırıldaqçı əməllərindən bezib Prezident İlham Əliyevdən kömək istədi
 

Daşdəmirova Suğra Qurban qızı: “Oğlum Əbülfəs Daşdəmirovu aldadaraq, ondan aldığı 305.000 ABŞ dolları hələdə qaytarmır”

Abşeron rayonu, Mehdiabad qəsəbəsi , A. Atakişiyev küçəsi ev 23 –də yaşayan Daşdəmirova Suğra Qurban qızı Bakıdakı Əbubəkir məscidinin imamı kimi özünü tanıtdıran Qamət Süleymanov adlı şəxsin fırıldaqçı əməlləri barədə redaksiyamıza müraciət edib.

Vətəndaş Daşdəmirova Suğra Qurban qızı müraciətin bir nüsxəsində Azərbaycan Respublikasının möhtərəm prezidenti İlham Əliyev cənablarına, Azərbycan Respublikası Daxili İşlər nazirinin 1-ci müavini cənab Seyfulla Əzimova və Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə dəünvanlayıb.

Abşeron rayonu, Mehdiabad qəsəbəsi , A. Atakişiyev küçəsi ev 23 –də yaşayan Daşdəmirova Suğra Qurban qızının müraciətini olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

Hörmətli, cənab Prezident,

Qədim şərq məsələlərinin birində deyilir:
“Şəxsiyyət var qarşısında təzim edərlər,
Şəxsiyyət də var qarşısında baş əyərlər”

Mən Sizin vətən, xalq qarşısındakı xidmətləriniz önündə el ağ birçəyi kimi yalnız baş əyirəm. Məmləkətimizin duzu, suyu , çörəyi, havası və prezident vəzifəsi Sizə halal olsun , İlham müəllim.

Sizin Xalqımızın dünəni , bu günü və sabahı üçün həyata keçirdiyiniz işləriniz heç bir ölçüyə , idraka sığmır. Uzaqgörən müdrik siyasətiniz sayəsində ölkəmizdə müasir tələbələrə uyğun minlərlə məktəb , 100-lərlə tibb müəssisələri, idman kompleksləri və çoxlu sayda sosial təyinatlı obyektlər tikilib istifadəyə verilmişdir.

Cəsarətlə deyə bilərik ki, Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü dövlətidir. Onu da əlavə edək ki, sadalanmasına zaman lazım olan digər uğurlarımız da yalnız Sizin düşünülmüş və gərgin zəhmətiniz sayəsində mümkün olmuşdur.

Düşüncələrimizə görə ən böyük uğurumuz , sərvətimiz isə əsası unudulmaz Heydər Əliyev tərəfindən qoyulan və tərəfinizdən qorunub saxlanılan ictimai siyasi sabitliyimiz və əmin-arxayın yaşamağımızdır.

Sizin prezidentliyiniz illərində həyata keçirdiyiniz dəyəri milyardlarla ölçülən abadlıq quruculuq işlərinizdən saatlarla deyil , sutkalarla danışmaq mümkündür.

Əldə edilən uğurlarınızı hətta tarixi düşmənimiz ermənilər də etiraf etmək məcburiyyətindədirlər. Sözün indiki mənasında bu gün Azərbaycanın istənilən ucqar bölgələri belə insan qəlbini riqqətə gətirir, cənnət təsiri bəxş edir.

Unudulmaz şairimiz Süleyman Rüstəmin vəsf etdiyi kimi:

Bəzənib başdan başa
Şəhərləri , kəndləri
Cənnət görmək istəyən
Azərbaycana gəlsin

Hörmətli Cənab Prezident,

İzn verin dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edim, xalqımızın xoşbəxt gələcəyi və məmləkətimizin daha da tərəqqisi naminə Sizə cansağlığı, dağlar ömrü və daha qüdrətli Azərbaycan arzulayım.

Siz Azərbaycan vətəndaşının rahat , firavan və əmin arxayın yaşaması naminə mümkün olduğundan da artıq işlər görürsünüz. Elə ünvanınıza pənah gətirməyimi də zəruri edən Sizin haqqı, ədaləti həmişə dəstəkləməyiniz, kimsəsizlərə, tərəfsizlərə qayğı və diqqətinizdir. Siz xalqımızın ən çətin dramatic anlarında da millətimizi tənha qoymur, köməkliyinizi heç kimdən əsirgəmirsiniz.

Məhz bütün bunlara görə də ümümxalq məhəbbəti qazanırsınız.

Hörmətli, cənab Prezident,

Mən bu günlərimizə qədər heç bir orqana ərizə yazıb heç kimsəyə zəhmət verməmişəm lakin yüzlərlə namuslu insanların malını pulunu hiylə yolu ilə ələ keçirib, mənimsəyən bir nəfər Beynəlxalq dərəcəli tanınmış dələduzun toruna düşməyimiz qapınıza pənah gətirməyimizə zərurət yaratmışdır.

Məlumat üçün bildirirəm ki, namaz qılan , oruc tutan fırıldaqçı din xadiminin Moskvada yaşayan oğlumun başına gətirdiyi müsibətləri nəzərinizə çatdırmaq istəyirəm.

El ağbirçəyi olaraq ötən müraciətimdə məlumat verdiyim kimi Bakıdakı Əbubəkir məscidinin imamı kimi özünü tanıtdıran Qamət Süleymanov adlı fırıldaqçı dələduz 2012-2013-cü illərdə Moskvada yaşayan oğlum Əbülfəs Daşdəmirovu aldadaraq guya Dubayda gəlirli sahələr yaratmaqla milyonlarla gəlir əldə etmək hiyləsi ilə oğlumdan 305.000(üç yüz beş min) Amerika dollar alaraq dələduzluq etmişdir.

Qamət Süleymanov oğlumdan pul aldığını etiraf edir, lakin əsassız bəhanələr gətirərək borcu qaytarmır, havadarlarının köməyi ilə məsuliyyətdən yayındırılır.

Hörmətli, Cənab Prezident.

Əgər telekanallar vasitəsilə Qamət Süleymanov hiyləsinə məruz qalanların qeydiyyata alınması barədə elan verilərsə onun tərəfindən zərər çəkənlərin sayı 100-ü ötüb keçə bilər.

Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, Q.Süleymanov qazilərimizə şəhid ailələrinə köməklik məqsədi ilə insanlardan yüz min manatlarla pul, vəsait alıb mənimsəmişdir. Onun bu gün yüz hektarlarla münbit torpaq sahələri, gəlir gətirən obyektləri və sarayları var. Onun rəsmən öz adına heç bir obyekt və saray rəsmiləşdirilməyib

Onun hər nə varıdırsa hamısı rəsmi və qeyri rəsmi olaraq 3 həyat yoldaşlarının adlarına rəsmiləşdirilib.

Bu gün hər hansı bir dövlət orqanı və ya səlahiyyətli dövlət orqanı tapılmır çıxsın ortaya soruşsun ki, ay fırıldaqçı molla bu qədər var dövləti sərvəti, sərmayəni hardan almısan, halal zəhmətinlə, yoxsa alın tərinlə?

Hörmətli, cənab Prezident,

Qamət Süleymanovun dələduzluğundan, fırıldaqçılığından danışmaq üçün uzun zaman lazımdır. O, çox ailələrin ocağını çırağını söndürüb, amma ən çox ziyan vurduğu hədəf bir mənəm bir də oğlum Əbülfəz.

Ötən ön iki il ərzində çəkdiyim qəm kədər, həyəcan onunla nəticələndi ki, mən ankoloji xəstəliyə mübdəla oldum. Hazırda adıçəkilən ölümsaçan ankoloji xəstəliyin həyəcanını yaşayıram.

Düşünürəm ki, əgər Qamət Süleymanov pulumuzu qaytarmasa və ya dələduzluq maddəsi ilə həbs olunmasa ölüm səbəblərimi yazıb saxlamaqla özümə qəsd edim. Onsuzda ömrümün son aylarını yaşayıram.

Unudulmaz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayardı ki, “Dövlətçilik iki halda sarsıla bilər: Bir Günahkar cəzasız qalanda, bir də günahsız cəza alanda”

Hörmətli cənab Prezident,

Əgər Daxili İşlər Nazirinin birinci müavini Cənab Seyfulla Əzimov göstəriş verərsə Qamət Süleymanovu təkcə bir gün mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin tərbiyə otağında saxlasalar o bizim pulumuzu qaytarar.

Hörmətli, İlham müəllim,

El ağbirçəyi, zərərçəkmiş kimi eləcə də ankoloji xəstə olaraq mənim bu müraciətimi xüsusi nəzarətə götürməyinizi və köməkliyinizi bizdən əsirgəməməyinizi səmimi qəlbdən xahiş edirəm.

Sizi möhkəm əmin edirəm ki, qayğı və diqqətinizi heç vaxt unutmarıq.
Həmişə adınızı uca, xatirinizi əziz tutarıq.

Allah sizi qorusun kölgənizi xalqımızın, dəmir yumruğunuzu isə tarixi düşmənimiz ermənilərin başı üstündən əksik etməsin.

P.S. Şikayətçi Daşdəmirova Suğra Qurban qızının müraciəti ilə bağlı Qamət Süleymanovla telefon əlaqəsi yaratmaq istəsək də, bu mümkün olmadı. Qarşı tərəf kimi Qamət Süleymanovunda münasibətin öyrənib, dərc etməyə hazırıq.

İnformasiya şöbəsi

 

0.033624172210693