"Bu statusda müğənninin ağzından elə söz çıxa bilməz" - Müğənni Elnarə Xəlilova

 

"Mahnı mətnlərinə çox diqqət edən ifaçılardanam. Mənə yüzlərlə mahnı göndərilir. Elə bəstələr var ki, pis deyil, qəşəngdir. Müəllifə yazıram ki, əladır, amma sözlərdə özümü görmürəm. Mətn mənim, Elnarə Xəlilovanın deyil. Bu statusda, bu yaş həddində elə söz ağzımdan çıxa bilməz. Hiss etmirəm onu".

Bu sözləri müğənni Elnarə Xəlilova deyib. Sosial şəbəkədə mahnılarla bağlı paylaşım edən ifaçı bəstələrin sözlərinə önəm verməsindən danışıb:

"Elə anlayıram ki, bu, normal anlaşılmalıdır. Mahnılar əvvəl dəqiq bir ifaçıya yazılırdı. İndi də elə olmalıdır. Elə ifaçı var indi onu qoruyub saxlayır. Oxuyanda görürsən ki, mətn ona yazılıb. Dolayısı ilə hesab edirəm ki, mahnılar mesaj xarakteri daşımalıdır. Çox vaxt mən də sözümü mahnılarımla deyirəm. Boş-boş danışmaqdansa mahnı oxumaq yaxşıdır". 

 

0.017700910568237