Vasif Talıbovla oğlu kənarda qaldılar
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, namizədlər siyahısında Ali Məclisin sabiq sədri Vasif Talıbovla onun oğlu Seymur Talıbovun adı yoxdur.
Seymur Talıbovun 2020-ci il seçkilərində namizədliyini irəli sürdüyü 25 saylı Naxçıvan şəhər seçki dairəsindən YAP-ın iki üzvünün namizədliyi qeydə alınıb.
Bunlar Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktor Məmmədova Xumar Şəmsi qızı və Mahmudov Ceyhun İlham oğludur. X.Məmmədovdan fərqli olaraq, C.Mahmudov işsizdir.