Burak Özçivit rus filmində baş rollardan birini canlandıracaq

Burak Özçivit rus filmində baş rollardan birini canlandıracaq
 

Türkiyəli aktyor Burak Özçivit Rusiyanın ən uğurlu franşizalarından biri olan “Yolki”nin 11-ci hissəsində baş rollardan birini oynayacaq.

Paralel.az "RİA Novosti"yə istinadən xəbər verir ki, filmin çəkilişləri avqustun 25-də Tatarın Almetyevsk şəhərində başlayacaq. 

Bu, Özçivitin Rusiya kinosunda debütü olacaq. 

“Bazelevs” kino şirkətinin baş direktoru Timur Əsədovun sözlərinə görə, “Xoca Nəsrəddin” filmi ilə bağlı uğurlu təcrübə Türkiyə ilə bir sıra birgə prodüser layihələrini planlaşdırmağa imkan verib.

“Biz söz verdiyimiz kimi türk istiqamətini inkişaf etdiririk. Türk seriallarının ulduzu (Burak Özçivit. – Red.) dekabrın 19-dan etibarən bütün rus pərəstişkarlarını kinoteatrda qızışdıracaq", - o deyib.

 

0.026518821716309