Rusiyanın bombardmançı təyyarəsi qəzaya uğradı

Rusiyanın bombardmançı təyyarəsi qəzaya uğradı
 

Rusiyanın İrkutsk vilayətində “Tu-22M3” bombardmançı təyyarəsi qəzaya uğrayıb, ekipaj katapult edib.

Paralel.az ” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 15-də İrkutsk vilayətində “Tu-22M3” təyyarəsi planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb. Ekipaj uğurla katapult edib, onların həyatı üçün heç bir təhlükə yoxdur. Təyyarə boş sahəyə düşüb. Onun düşdüyü yerdə dağıntı yoxdur. İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub”, - nazirlikdən bildiriblər.

 

0.017776966094971