Mingəçevirdə 106 minlik tender maraqlı faktı üzə çıxardı

Mingəçevirdə 106 minlik tender maraqlı faktı üzə çıxardı
 

Mingəçevir Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi son tender müsabiqəsinin nəticəsini açıqlayıb.  

Paralel.az xəbər verir ki, dəyəri 106 min manat olan satınalma müaviləsi “CASPİAN EXPERT GROUP” MMC ilə bağlanıb. Müsabiqənin şərtlərinə əsasən MMC İdarəyə sözügedən məbləğdə avtomobil ehtiyat hissələri, təkərlər, antfrist və digər mallar verməlidir.
“CASPİAN EXPERT GROUP” MMC rəsmi saytında avtomobil ehtiyat hissələri satmadığını, birmənalı olaraq əmlak qiymətləndirməsi işi ilə məşğul olduğunu qeyd edib. Yəni bu şirkət əmlakın qiymətləndirilməsi prosesini həyata keçirir. Bu, 2017-ci ildə Əmanətlərin Sığortalanması Fondun ilə bağlanmış müqavilədən də aydın görünür. Belə ki, Fond ləğv prosesində olan bankların əmlaklarının qiymətləndirilməsi prosesini bu şirkətə taşırıb.
“CASPİAN EXPERT GROUP” təkcə Mingəçevir Yaşıllaşdırma və Sanitar-Gigeyena İdarəsi ilə deyil, elə “AZƏRALÜMİNİUM” MMC-yə də bu il ehtiyat hissələri satıb. Belə ki, 5 apreldə bağlanmış satınalma müqaviləsinə əsasən “CASPİAN EXPERT GROUP” “Azəralüminium” MMC-yə 68 min manatlıq “Xüsusi texnikalar üçün təkər disklərinin, sıxıcı boltların və təkərlərin satın alınması” verib.
Qeyd edək ki, “CASPİAN EXPERT GROUP” Bakı şəhəri Nəsimi rayonu, 28 MAY küçəsi, ev 36, m.6 ünvanında qeydiyyatdadır. Şirkətin sahibinin kim olduğu məlum deyil.

0.11082601547241