ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə olunmur - Dövlət Departamenti
"Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir".
Bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.
"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik. Bununla belə, biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız məsələyə keçidi müzakirə edirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, söhbət əvvəlki ikitərəfli strateji müzakirələrin inkişaf mərhələsində olan prosesdən gedir. O qeyd edib ki, bu proses təhlükəsizlik sahəsində əməkdaşlığa qarşılıqlı sadiqlik və regional sabitlikdə birgə marağa əsaslanır.