Gözləri görməyən və böyrəkləri işləməyən gəncin anası: "Oğlumu mənə qaytarın" 

Gözləri görməyən və böyrəkləri işləməyən gəncin anası:
 

"Əl Tutmaq İmam Əlidən (ə) qalıb". Dini köklərinə bağlı olan Azərbaycan xalqı da hər zaman bu deyimden qaynaqlanaraq ehtiyacı olan insanlara yardım əlini uzadıb. Azərbaycan xalqının  nümayəndəsi olan Əsgərov Ağamir də xeyirxah və yardımsevər insanların köməyinə ehtiyac duyan fərdlərdən biridir.

Ağamir Əsgərov 1986-cı ildə dünyaya göz açıb. Memarlıq və İnşaat universitetində təhsil alıb. Lakin öz ixtisası üzrə işləməyib, avtomobil ustası (elektrik) kimi fəaliyyət göstərib. Ancaq iki ildir ki, gözündə yaranan problemlər səbəbindən əmək qabiliyyətini itirib.

Qeyd edək ki ailədə iki uşaq olan (bir bacısı var) Ağamirgil atasız böyüyüblər və anası Briliant Əsgərova onları çox çətinliklərlə təkbaşına saxlayıb. Təxminən 43 il müəllimə işləyən anası deyir ki, Ağamirin gözlərində qəflətən tutulma baş verib. Həkimlər onun əməliyyat olunmasının vacibliyini bildiriblər. Ana oğlunu bankdan kredit götürərək əməliyyat etdirmək qərarına gəlib. Onu da qeyd edək ki, müayinələr nəticəsində Ağamir Əsgərovda gizli şəkərli diabet xəstəliyi aşkarlanıb və gözlərinin tutulmasına səbəb də məhz bu olub. 

Bütün bunlar azmış kimi əməliyyata hazırlıq müayinəsi zamanı Ağamirin iki böyrəyinin 10 faiz işlədiyi də üzə çıxıb. Dolayısı ilə desək, 37 yaşlı gəncin böyrəklərinin fəaliyyətini dayandırdığı  məlum olub. Ona görə də, həkimlər göz əməliyyatına öncə  icazə verməyiblər.

Beləcə böyrəkdən ağır müalicələr alan Ağamirin səhhətində irəliləyiş olmayıb. Buna görə də, həkimlər Moskvada böyrək köçürməyi məsləhət görüblər. Bununla paralel olaraq gözlərinin əməliyyatı gecikdiyindən Ağamir Moskvada hər iki gözündən 2 saatdan çox əməliyyat keçirib. Əməliyyat ailəyə 4 min dollara başa gəlib. Bu vəsaiti isə ailənin yaxınları və qohumlar çox çətinliklə toplayıblar. Artıq ikinci dəfə göz əməliyyatı Moskvada baş tutmalı, qoyulan silikon çıxarılmalıdır. Ancaq ailə bir tikə çörəyi belə çətinliklə tapır. Üstəlik, dialez xəstəsi olan Ağamirin bu xərcləri də ailəni daha çətin vəziyyətə salıb. Həkimlər isə ikinci dəfə göz əməliyyatından sonra Ağamirin gözlərinin 20 faiz görəcəyinə təminat verirlər. 

Üstəlik, böyrək köçürülməsi üçün də xeyli vəsait lazımdır. Tək ana isə bütün bu xərclərin öhdəsindən gələ bilmədiyi üçün, imkanlı, xeyirxah və yardımsevər insanların köməyinə  ehtiyac duyur. Bütün bu əməliyyatlar üçünsə, 20 min dollar vəsait tələb olunur.  İki uşaq anası olan Brilyant Əsgəriva fəryad edərək imkanlı şəxslərə üz tutur və yeganə oğul övladının həyatda qalmasına  köməklik göstərməyi xahiş edir. Seyid nəsli olan Ağamirin heç bir yerdən köməyi yoxdur. Ona görə də, Azərbaycan xalqının qeyrətli övladlarından dəstək gözləyir. Ümid edirik ki, bir gəncin həyatda qalması üçün imkanlı və yardımsevər şəxslər əllərindən gələn köməyi əsirgəməyəcəklər və Ağamir Əsgərov sağalaraq ailəsinin yanında olacaq.

Kart hesabı: kapital bank 5239151760650989

0.070257902145386