Məleykə Əsədova: "Ömrümdə bircə şey olmadı - o da qadınlıq"
"35 ildir ki, səhnədəyəm, aktrisayam. Bu müddətdə ömrümdə bircə şey olmadı - o da qadınlıq".
Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Məleykə Əsədova bildirib.
Aktrisa bütün ömrünü səhnəyə qurban verdiyini bildirib:
"Gözəl anayam, övladım dünyaya gələndən həyatımı, çox şeylərimi ona qurban verirəm. Mən özüm də gözəl övlad olmuşam. 57 illik həyatımda mən qadınlığımı unutmuşam. Qadınlığımı səhnəyə qurban verdim".