İtaliyanın xarici işlər naziri: İranın İsrailə cavabı qaçılmazdır

İtaliyanın xarici işlər naziri: İranın İsrailə cavabı qaçılmazdır
 

“İranın İsrailə cavabı qaçılmazdır”.

“Report” xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“İranlı həmkarım mənə deyib ki, Tehranın reaksiyası qaçılmazdır. Mən də öz növbəmdə bildirdim ki, regionda eskalasiyaya yol vermək səhv olardı, bu isə mülki əhali üçün xüsusilə təhlükəlidir. Amma mənə elə gəlir ki, İranın mövqeyi kifayət qədər sərtdir”, - deyə o qeyd edib.

O əlavə edib ki, İranın mövqeyi ilə bağlı illüziyalar yaratmağa ehtiyac yoxdur, lakin Yaxın Şərq nizamlanması ilə bağlı tərəflərə təzyiqlər davam edəcək.

 

0.039358854293823