Biz niyə KİTAB OXUMURUQ?! - Qalib Arif
Bu günlərdə yazıçı Aqşin Yeniseyin bu mövžu ilə əlaqəli bir açıqlamasına rast gəldim. Adam deyir ki, neft-qaz ölkələrində və kasıb ölkələrdə xalqlar kitab oxumurlar (söhbət bədii ədəbiyyatdan gedir), çünki xalqın başı bir qarın çorəyə qarişır. Kitab oxumaq isə, elitar bir məşğuliyyətdir və kasıb adamların işi deyildir, bunun üçün vaxt və imkan gərəkdir...
Düşünürəm ki, sovet dövrundə formalaşmıs, tamamilə yalnış yanaşmadır. Sadəcə olaraq, sovet dövrundə işləməyi, düşunməyi, hətta oxumağı yemək yemək kimi bütün xalqa aid məşğuliyyət hesab edirdilər və xalqı buna məcbur edirdilər, hətta oxumayanları və işləməyənləri cəzalandırırdılar. Deyirdilər, kitab oxumamaq, işləməmək ancaq kapitalist ölkələrində ola bilər. Həmin dövrda kitab oxumaq da, yaxşı geyinmək, maşın sürmək kimi bir dəb halinı almısdı...
Əslində isə, kitab oxumaq da, kitab yazmaq kimi fərdi bir istedad, qabiliyyətidir və bütün xalqa aid deyildir. Məsələn, dünyada ən çox kitab oxuyanlar Maksim Qorki, Çek London kimi tək-tək insanlardır, həm də kasıb ailədən çixmıs (doğrudur, istisnalar da var), faktiki olaraq, bir tikə çörəyə möhtac adamlardır. Yeri gəlmiskən, hər ikisi neft-qaz ölkələrində yaşamışlar, hər ikisinin də həyat və yaradıcılığı ölkələrində neft bumunun yaşandığı dövrə təsadüf edib.
Duşunurəm ki, bütöv xalqların bədii kitab oxuması, ya oxumaması reallıqdan uzaqdır. Bu, yalnız iki halda mümkündür. Bir, keçmışlərdə, elə sovet dövründə olduğu kimi, bədii kitab oxumaq bütun ölkədə dəb halını aldıqda. Bir də, xalqın hər bir ňumayəndəsi kitab oxumağın onun özünü təsdiq etməsinə, yəni sosial pilləkanda irəliləməsinə müsbət təsirini hiss etdikdə. Bunlar da vaxtın ən böyuk kapital olduğu müasir zamanda reallıqdan uzaq məsələlərdir. Yəni, hər bir ölkədə, elə bizim Azərbaycanda xalqın kütləvi surətdə bədii kitab oxuması mümkün deyildir. Oxuyan özünə lazım olanı oxuyacaq, oxumayan da oxumayacaq. Reallıq belədir...
Amma... Mən həmişə demişəm, bir də təkrar edirəm: KİTAB OXUMAMAQ KİTABLARI YANDIRMAQDAN DAHA BÖYÜK CİNAYƏTDİR...
Qalib ARİF
Paralel.az