Lider TV rəhbərinin xanımı cadudan yazdı

Lider TV rəhbərinin xanımı cadudan yazdı
 

Keçmiş “Lider” televiziyasının rəhbəri Ədalət Əliyevin xanımı Nailə Əliyeva paylaşımları ilə diqqətləri üzərinə cəmləyib.

Olay xəbər verir ki, iş xanımı bir qadının ona cadular etdiyi haqda sosial şəbəkə hesabında məlumat yayıb.

N.Əliyeva bildirib ki, bu məsələ ilə bağlı həmin qadın bu yaxınlarda ona mesaj yazaraq üzrxahlıq edib: 

“Bir xanım neçə illərdir ki, mənə cadular edib. Mən təəccübləndim, düşünürəm ki, o, buna çox pul xərcləyib, bunun işləməyəcəyini görmür? Onun bizə etdiyi hər şey onun öz başına gəlib və ən pisi övladlarının başına gəldi, boşanmalar, işsizlik, xəstəliklər... Amma münasibətlərimiz getdikcə güclənir, maşallah. Amma bir müdrik qadın mənə bunun necə işlədiyini izah etdi və sizə məsləhət vermək istərdi. Mən soruşmayacağam ki, cadugərliyə inanırsanmı, falçılara gedirsənsə, hərə öz bilər, bayaq dediyim kimi, heç kimi mühakimə etmirəm, hər kəs öz yolunu seçir”.

N.Əliyeva ona xoşaqəlməz əməllər edən həmin qadını bağışladığını yazıb:

“Demək istəyirəm ki, bu günə kimi ürəyimi incitməyə çalışanlar, arxamca nəsə deyənlərə and içirəm ki, sizə qarşı bir qram qəzəbim yoxdur. Mən xoşbəxt qadınam, gözəl ailəm və işim var. Hamınızı çoxdan bağışladım...

Göydə Allah var, bəziləri üçün kainat, bəziləri üçün bumeranqdır... və bu qaçılmaz deyil.. Hər dəfə kiməsə paxıllıq edəndə, kimisə bezdirməyə çalışanda, pis danışanda, qeybət edəndə, mühakimə edəndə - həyat bütün bunları sənə və ya övladlarına edir. Dəyişməyə başlayın. Çətindir... belə adamların dəyişməsi çox çətindir, amma öz xeyrinə öz üzərində işləməyə başla. Paxıllıq və qınamaq çox dəhşətli bir şeydir”.

 

0.015830039978027