Beyləqanda avtomobil yollarının müasir texniki avadanlıqlarla təchiz edilməsi qəzaların sayını azaldıb... - RƏY

Beyləqanda avtomobil yollarının müasir texniki avadanlıqlarla təchiz edilməsi qəzaların sayını azaldıb... - RƏY
 

Avtomobil qəzası nəticəsində ölüm hallarının azalması statistik məlumatlardan da bəlli olur.

Son illər DİN rəhbərliyinin DYP Baş İdarəsində apardığı kadr islahatları nəticəsində magistral yollara nəzarət işinin səviyyəsi xeyli yaxşılaşıb, yollarda baş verən avtomobil qəzalarının və ölüm hadislərinin sayı xeyli azalıb.

Məlum olduğu kimi, noyabr 2024-cü il tarixdə Azərbaycanda keçiriləcək COP29 beynəlxalq konfransa hazırlıqla bağlı ölkəmizdə gedən böyük quruculuq işlərinə töhfə verən DİN rəhbərliyi tabeçiliyində olan polis əməkdaşlarının magistral yollarda vətəndaşların və beynəlxalq konfransa gələcək qonaqların təhlükəsiz hərəkət etməsi üçün ciddi hazırlıq işlər görürlər.

Bu işlərdən biri də ölkəmizin qan damarlarını xatırladan magistral yolların təhlükəsizliyinin təmin edilməsidir. Təhlükəzlik işlər bir neçə istiqamətdə aparılır. Hazırda ölkəmizin paytaxtında, şəhər və rayon mərkəzlərində magistral yollarının təmiri və texniki təchizatı həyata keçirilir. Eyni zamanda yol kənarlarında qoyulan istiqamətverici və digər işarələr dəyişdirilir, yenisilə əvəz oıunur.

Son zamanlar Beyləqan bölgəsində baş verən ağır avtomobil qəzalarında xeyli insan həyatını itirib. Rayonda ölənlərin statistikasına nəzər yetirəndə avtomobillərin törətdiyi yol qəzası nəticəsində ölkənlərin sayının digər bölgələrdən xeyli çox olduğu diqqət cəlb edir.

2024-cü il 13 mart tarixdə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib. RPŞ rəisi vəzifədə cəmi 4-5 ay işləməsinə baxmayaraq rayon əhalisi onun öz vəzifə borcunu yerinə yetirməsindən razılıq edirlər.

Nazir general-polkovnik Vilayət Eyvazovun 20 iyun 2024-cü il tarixli əmrilə polis mayoru Ruslan Rəhimov Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi təyin olunub.

Beyləqan RPŞ rəisi, polis polkovniki Ceyhun Qurbanovu və DYP Beyləqan şöbəsinin rəisi, polis mayoru Ruslan Rəhimovu yaxından tanımasam da, rayonda vəzifələrini müasir tələblər baxımından yaxşı qurduqlarını iddi edə bilərəm.

Beyləqan şəhərinin bütün yolları müasir texniki vasitələrlə tam nəzarətə götürülmüş və yol hərəkət qaydalarını kobud şəkildə pozan sürücülərin cərimə edilməsi nəticədində avtomobil qəzalarının və qəza nəticəsində ölənlərin sayında xeyli azalmışdır...

Paralel.az

0.055912971496582