“Atlant” müştərilərə də KƏF GƏLİR… – Çətini müştərini cəlb edənə qədərdir…

 “Atlant” müştərilərə də KƏF GƏLİR… – Çətini müştərini cəlb edənə qədərdir…
 

Xəbər verdiyimiz kimi, Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adıkeçən cinayət dosyesi üzrə məhkəmə araşdırmaları aparılır.

171 nəfər Azərbaycan vətəndaşına qarşı külli miqdarda – 14 milyon manat dələduzluq cinayəti baş verib.

Buna görə ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.

Ən son məlumata görə, iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər.

Bu azmış kimi “Atlant” İstirahət Mərkəzi öz müştərilərini də aldatmaqdadır.

Bu barədə şikayətçi düşən Xəyalə Tağızadənin gileyini Dia-az.İnfo olaraq olduğu kimi təqdim edirik:

“Mənim shikayetim Nabran Atlant istirahet mərkəzindəndir. Dünən zəng eləmishik 10 dəfə bəlkə dəqiqləshdirmishik deyiblər ki kotec 6 nəfərlik kondisionerli, kotec pulundan əlaveə 31 azn adama gundə 3 dəfə qidalanma. Dəfələrlə sorushduq dedilərki 31 azn, bu gun gəlmishik deyirlər ki adam bashi 37 azndir 3 dəfə qidalanma. ishchimiz təzədir sehv deyib. Ishchi təzədi öyrənsin, səhv məlumat verməsin mushtəriyə. Mən əlimdəki pula dedikləri qiymətə uygun gəldiyi üchün razilashmisham. Gəlmishəm qapıda 4 nefere əlavə 48 azn isteyirler.

Neyse geldik kotece, demishdiler kondisionerli , girmishik icheri beledchi deyirki kondisioner bir otaqdadi) 3 otaq kotecde kondisioner bir dene otaqdadi) Hamamda ne dish shotkasi ne pasta ne sabun hechne yoxdur. Biz 2 ailə ile gelmishik , yanimizda korpe ushag. Biabrchiliqdi uzun sozun qisasi. Peshman olduq gelmeyimize…”

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin rəy açıqlaya bilərik.//turantv.az

0.023491144180298