Məmməd Talıblı yazır...- FOTO
Pandemiya bitib. Dünya Səhiyyə Təşkilatı 2 əvvəl elan etdiyi rəsmi məlumata görə, dünyada koronovirusla bağlı pandemiya qərarına xitam verib. Artıq dünyada belə bir xəstəliyin olması söz konusu deyil. Bütün bunlara baxmayaraq quru sərhədlərimizin açılmaması israrı davam edir.
Bu təkcə iqtisadi əlaqələrin zəifləməsi deyil, insanların yoxsulluq səviyyəsinə, istirahət hüququna, gəlir imkanlarına toxunan məsələdir. Biz ölkə olaraq biabırçılığa son qoymalıyıq. Bütün ölkə vətəndaşlarının yalnız hava uçuşları ilə vasitəsilə deyil, quru sərhədlərdən keçməklə öz istirahət, ticarət və s. çoxsaylı hüquqlarından istifadə etməlidir. Hər gecikən günə görə ölkə və ölkə vətəndaşlarımız çox şeylər itirir.
Getdiyim qardaş Türkiyənin ucqar yerlərindəki nisbi inkişaf səviyyəsi məni təəcübləndirdi. “Ümid körpüsü”nün 92-ci illərlə müqayisədə Türkiyə tərəfdə müəyyən abadlıq işləri görülüb. Yeni kəndlər salınıb. Kənd demişkən...
“Dilucu” keçid məntəqəsindən İqdirə gedən yolboyu kəndlərdə belə bütün yaşayış evlərinin üzərində fotoda gördüyünüz günəş panelləri yerləşdirilib. Enerji tələbatlarını bu panellər vasitəsilə təmin edirlər. Neftləri, qazları olmadığı üçün alternativ enerji mənbələrindən (bərpa olunan enerji) istifadəni prioritet sayırlar.
Yeri düşmüşkən, Azərbaycan dünyada o dövlətlərdəndir ki, bizdə illik günəşli saatların sayı 2500-3200 saatdır. Bu dünya üzrə ən yüksək günəşli saat miqdarı hesab olunur. Dünyanın inkişaf etmiş ölkələrində belə 1500-2000 saatla alternativ enerjiyə uğurlu keçidi təmin edə bilirlər. Enerji keçidi ölkəmizdə beyin mərkəzlərini və akademik çevrələrin maraqların xüsusi cəlb etməlidir.
Paralel.az