Əgər Lukaşenko müharibə qərarı verərsə... - Getman
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı müharibəyə girərsə, onun ordusu məğlub olacaq.
Paralel.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman bildirib.
“Əmin ola bilərsiniz ki, yaxın gələcəkdə Belarus ərazisindən, xüsusən də qurudan bizə qarşı heç bir hərəkət olmayacaq. Təcavüzkarın ərazisindəki hər hansı hərbi obyektə hücum etmək üçün əlavə icazə tələb olunmur", - A.Getman vurğulayıb.
Ekspert qeyd edib ki, hücum olarsa, Ukrayna hərbçiləri cavab zərbəsi endirəcək və Belarus ordusu məğlub olacaq.