Şimali Koreya Cənubi Koreyaya zibil dolu şarlar göndərib
Cənubi Koreya Şimali Koreyanın zibil dolu hava şarlarını yenidən ölkə ərazisinə göndərdiyini açıqlayıb.
Paralel.az xəbər verir ki, “Yonhap” agentliyinin Cənubi Koreya Baş Qərargahına (JCS) istinadən verdiyi açıqlamada zibil dolu şarların Şimali Koreyadan ölkə ərazisinə göndərildiyi bildirilir.
Açıqlamada hava şarlarının paytaxt Seulu əhatə edən Gyeonggi əyalətinin şimal hissəsinə doğru hərəkət etdiyi bildirilir.
Yerli əhaliyə şarlara toxunmamaq və şarların düşdüyü ərazilər barədə polisə məlumat verməklə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Şimali Koreya mayın sonundan Cənubi Koreyaya 3 mindən çox zibil dolu şar göndərib.