BOK-dan Paris Olimpiadası barədə ETİRAF

BOK-dan Paris Olimpiadası barədə ETİRAF
 

Paris Olimpiadasının Təşkilat Komitəsi oyunların təşkilində uğur qazansa da, hər şey mükəmməl olmayıb.

Paralel.az ” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasında Oyunlara hazırlıq üzrə koordinasiya komissiyasının rəhbəri Pyer-Olivye Bekers-Vyejan bildirib.

“Əlbəttə, biz etiraf edirik ki, açığı, hər şey mükəmməl deyildi. Hətta tam hazırlıq və sınaq yarışları keçirilsə də, Oyunlar başlayan kimi bəzi planlar istər-istəməz düzəlişlər tələb edirdi. Bu düzəlişlər, məsələn, nəqliyyat məsələlərində və ya istirahət zonasında baş verdi, bəzi tətbiqlər, əlbəttə ki, hamınızın bildiyiniz kimi, planlaşdırıldığı kimi işləmədi”, - deyə o qeyd edib.

 

0.027215957641602