Ermənistanın minlərlə yük avtomobili Rusiyaya keçmək üçün növbə gözləyir

Ermənistanın minlərlə yük avtomobili Rusiyaya keçmək üçün növbə gözləyir
 

Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsində Rusiyadan Gürcüstana daxil olmaq üçün elektron trafik növbəsinə yazılan yük maşınlarının sayı 5 minə çatıb. 

 Paralel.az xəbər verir ki, bu barədə  Gürcüstan Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Məlumatda deyilir ki, hələ çərşənbə səhərinə olan məlumata görə, 4 min 943 yük maşını  keçmək üçün elektron növbəyə qeydə alınıb.
Bundan əvvəl Şimali Osetiya rəhbəri Sergey Menyailo bildirmişdi ki, yolun Vladiqafqazdan Yuxarı Larsa qədər olan hissəsində yol polisi patrul maşınlarının sayı artırılacaq. Sərhədi keçmək üçün növbə gözləyənlərə su və tibbi xidmət göstərilir.

Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidmətindən “İnterfaks”a verilən məlumata görə, “Yuxarı Lars” keçid məntəqəsi normal rejimdə işləyir, lakin bitişik “Kazbegi” keçid məntəqəsinin işinin ləngiməsi səbəbindən yük maşınlarının faktiki keçidi azalıb.
Gürcüstan Hərbi Yolu yüksək dağlıq ərazilərdən keçir və hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.


 

0.026450157165527