Ukraynanın Kurska hücumunun hədəfləri açıqlanıb
Ukraynanın sabiq müdafiə naziri Andrey Zaqorodnyuk Kursk vilayətinə hücumun məqsədlərini açıqlayıb.
Paralel.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə açıqlama verən sabiq nazirin sözlərinə görə, Kiyev uzun müddətdir bu əməliyyata hazırlaşıb. "Kiyev əməliyyatı bundan çox-çox əvvəl planlaşdırıb. Plana əsasən Ukrayna qoşunlarına Rusiya qüvvələrini cəbhənin digər bölmələrindən yayındırmaq, döyüşləri döyüş zonasından kənarda Rusiya ərazisinə keçirmək və əhali arasında döyüşlərə dəstəyi azaltmaq məqsədləri qoyulub",- Zaqorodnyuk bildirib.