Putin enerji içkilərinin satışını qadağan edən fərman imzaladı
Rusiya prezidenti Vladimir Putin gələn ilin martından yetkinlik yaşına çatmayanlara alkoqolsuz tonik içkilərin, o cümlədən enerji içkilərinin satışına qadağanın qüvvəyə minəcəyi qanunu imzalayıb.
Valyuta.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi dərci üçün portalda yerləşdirilib.
“Alkoqolsuz tonik içkilər” dedikdə, tərkibində insan orqanizminə tonik təsir göstərmək üçün kifayət qədər miqdarda tonik maddələr, o cümlədən bitki mənşəli olan alkoqolsuz və az alkoqollu içkilər nəzərdə tutulur. İstisnalar çay, qəhvə və onlara əsaslanan içkilərdir.
Qanun qüvvəyə mindiyi andan satıcılardan alkoqol satışına bənzətməklə, alıcıdan yaşını təsdiq edən sənəd istəmələri tələb olunacaq. Bildirilir ki, qadağanın pozulması sonradan qanunvericilikdə müəyyən ediləcək məsuliyyətə səbəb olacaq.
Bundan əlavə, regionlar belə içkilərin satış vaxtını və yerini müstəqil şəkildə məhdudlaşdıra biləcəklər.
Avqustun 2-də Federasiya Şurası yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan edən qanunu təsdiqləyib.