Həbsxanaya telefon keçirilməsinin qarşısı alındı

Həbsxanaya telefon keçirilməsinin qarşısı alındı
 

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

Bu barədə Paralel.az -a Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuatından bildirilib.

Məhkum Samir Xanhüseyn oğlu Məlikovla görüşə gəlmiş atası və sonuncunun azyaşlı nəvəsinin üzərinə baxış keçirilən zaman azyaşlının əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Qeyd: Ölkənin cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında cəza çəkənlər bəs necə olur ki, mobil telefonlara zəng edib, pul istəyirlər?!

 

0.023613929748535