Ukrayna ordusu rusların 11 yaşayış məntəqəsini ələ keçirdi - VİDEO

Ukrayna ordusu rusların 11 yaşayış məntəqəsini ələ keçirdi - VİDEO
 

Ukrayna ordusunun Rusiya sərhədini keçərən 10 km  dərinliyinə daxil olaraq Kursk vilayətinin 11 yaşayış məntəqəsini ələ keçirib.  Hazırda tərəflər arasında çox qızğın döyüş gedir.
 Paralel.az xəbər verir ki, bu barədə ISW-nin  məlumatında deyilir. "Cəbhənin  yarılması münaqişədə mühüm mərhələ oldu və Ukrayna ordusunun hətta düşmən ərazisində belə uğur əldə etmək qabiliyyətini göstərdi", - məlumatda deyilir. 
Bildirilir ki, Ukrayna ordusu bu hücumu ən azı iki Rusiya müdafiə xəttini və möhkəmləndirilmiş nöqtəni yarması deməkdir. 

ISW rusiyalı daxili mənbəyə istinadən bildirib ki, Ukrayna qüvvələri Kursk vilayətində 11 yaşayış məntəqəsinin yerləşdiyi 350 kvadrat kilometr ərazini ələ keçirib.
Rusiya mənbələrinin verdiyi xəbərə görə, Ukrayna ordusu 20 km dərinliyə daxil olub.
Rusiya mənbələrinin məlumatına görə, Ukrayna qüvvələri 38K-030 Sudja-Korenovo magistral yolu ilə irəliləməyə çalışır. Hazırda Ukrayna və rus qoşunları Korenovo və Sudja yaxınlığında döyüşürlər gedir.
"Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiya Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini Apti Alaudinov Kursk vilayətində olduğunu  və "Axmat" dəstəsinin bir qisminin əraziə gətirildiyini bildirib.

 Kursk vilayəti qubernatorunun müavini vəzifəsini icra edən Andrey Belostotski bildirib ki,  döyüşlərin getdiyi bölgən  3 minə yaxın insan təxliyə edilib. Onun sözlərinə görə, rus ordusunun əks həmsləsi ilə Ukrayna ordusu geri otuzdurlmaqdadır. 
Yaranmış vəziyyətlə bağlı əhali vilayəti tərk edirlər. Kurskda fövləqadə vəziyyət elan edilib. 


 Mürtəza
Paralel.az

0.026051998138428