Namiq canlı oxumayan həmkarlarını QINADI

Namiq canlı oxumayan həmkarlarını QINADI
 

Namiq Qaraçuxurlu həmkarları ilə qınayıcı danışıb.

Bu barədə o, qonaq olduğu “Xəbər-ətər” verilişində danışıb.

Meyxanaçı bildirib ki, həmkarlarında fərqli olaraq o, hər zaman canlı ifalara üstünlük verir: 

“Konsertlərimdə şou tərəfini artıq düşünmürəm. Nələrsə edim, misal üçün, göydən düşüm, yerdən çıxım və s. Təbii ki, bunlarda gözəldir və lazımlıdır. Amma əsas konsertlərimin gücü ondadır ki, tamaşaçılar mənimlə birgə canlı mahnılarımı oxuyur.

Çox zaman həmkarlarım canlı oxumaqdan qaçırlar. İstirahət mərkəzlərinə çıxış etmək üçün dəvətlər alanda deyirəm ki, elə edin, orada musiqiçilər məni müşaiət etsinlər və canlı oxuya bilim. Mənim üçün ən böyük qismət və hədiyə insanların mahnılarımı əzbər bilməsidir”. (olay)

 

0.017416000366211