Qərbin idmanı siyasiləşdirmək cəhdi yolverilməzdir...

Qərbin idmanı siyasiləşdirmək cəhdi yolverilməzdir...
 

Tapdıq Abbas

Qarabağ müharibə veteranı,
Pedaqoji fəlsəfə doktoru,
"Əməkdar mədəniyyət işçisi",
"Azad Jurnalistlər Təşkilatı"
İB-in sədri, Qarabağ Komitəsi İH-nin üzvü...

"Qarabağ" - "Ludoqores" komandalarının Bakıda keçirilən oyunu buna bariz nümunədir

Hazırkı dünyanın iki cəbhəyə bölündüyü aydın görünür. Hər iki cəbhəni təşkil edən demokratik və avtoritar dövlətlərin hər şeyi, hətta idmanı da siyasiləşdirmək cəhdi günümüzün reallığıdır.

Beynəlxalq qanunların işləmədiyi hazırkı dövrdə demokratik və avtoritar rejimlər arasında qanlı müharibələr gedir. Bu müharibələrdə xeyli sayda canlı qüvvə, yəni insan məhv olur. Rusiya - Ukrayna, İsrail - Qəzza müharibələri səngimək bilmir, əksinə hər gün şiddətlənir.

Rusiya - Ukrayna müharibəsində Ukraynaya 45-dən çox dövlət, yəni ABŞ, Kanada və Avropa dövlətlərinin hərbi və maliyyə yardımı göstərdiyini nəzərə alsaq, bu müharibəni dünya müharibəsi adlandıramaq da olar. Belə deyək, artıq dünya müharibəsi başlayıb. Hər iki düşərgəyə daxil olan dövlətlər bir-binə qarşı hər cür çirkin, qəbuledilməz vasitələrdən istifadə edirlər.

Belə siyasiləşdirilən sahələrdən biri də beynəlxalq idman yarışlarıdır. Məsələn, Rusiya Ukraynaya təcavuz etdiyinə görə, Rusiya komandaları Dünya və Avropa çempionatlarından uzaqlaşdırılıb. Hazırda Fransada keçirilən "Faransa - 2024" Olimpiada yarışlarında Rusiya idmançıları iştirak etmirlər.

Futbol üzrə Dünya və Avropa çempionatlarında da Rusiya komandalarının iştirakı birmənalı olaraq qadağan olunub. Eyni zamanda Qərb dövlətləri Rusiya ilə siyasi - iqtisadi əməkdaşlıq edən dövlətlərə bütün sahələrdə, o cümlədən idman sahəsində də fərqli münasibət sərgiləyirlər. Məsələn, Rusiya ilə aralarında yaxın münasibət yaradan Azərbaycan dövlətinin idmançılarına qarşı Qərbdə dost münasibət bəslənilmir.

Elə götürək, srağagün axşam Azərbaycanın Ağdam şəhərini təmsil edən "Qarabağ" futbol komandası ilə Bolqarıstanın "Ludoqores" komandaları arasında keçirilən oyunun hakiminin hərəkətlərini.

Yəqin ki, oyunu izləyən hər kəs gördü və etiraf edər ki, Avropa çempionlar liqasının futbol oyununu Bakıda idarə edən avropalı hakim yerli və rəqib komanda üzvlərinin kobudluğuna çox fərqli qiymət verirdi. Sanki "Ludoqores" komandası oyundan əvvəl kobudluq edəcəklərini avropalı hakimlə razılaşmışdılar. Çox kəskin və sərt oynayırdılar. "Qarabağ" oyunçularının hər xırda kobud sayıla biləcək hərəkətinə dərhal "fit" çalan hakim, elə bil, "Ludoqores" komandasının oyunçularının "Qarabağ" komandasının oyunçularına qarşı etdikləri "qırmızı kartlıq" kobudluğu sanki görmürdü və ya da görmək istəmirdi!..

Hakimin bu hərəkəti demokratiyanın inkişafından daim pafosla danışan nə Avropaya, nə də futbol oyununun pis idarə etməklə siyasiləşdirən hakimə və "Ludoqores" komandasına qətiyyən hörmət gətirmədi...

Hər kəs bilir ki, insan haqları, azadlıq, demokratiya, qanunun aliliyi kimi insanın ən yüksək məqamlarından daha çox danışan Qərb dövlətləri hazırda güc nümayiş etdirirlər. Bəli, etiraf etmək lazımdır ki, demokratik inkişaf yolu seçən Qərb dövlətləri iqtisadi - hərbi baxımdan çox güclüdürlər. Amma həmin güclü dövlətlər öz güclərini insanlığa qarşı istifadə etməklə qəhrəmanlıq göstərmirlər və onu da bilsinlər, unutmasınlar ki, özlərinin irəli sürdükləri azadlıq ideyalarının əksinə gedirlər...

 

0.036137819290161