Amerikalı nazir: Buna dözməyəcəyik
ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu əlavə kreyser və esmineslər, təyyarələr göndərmək yolu ilə gücləndirir.
Paralel.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Yaxın Şərqdə aviadaşıyıcı hücum qrupumuzun mövcudluğunu qorumaq üçün mən "USS Abraham Linkoln"-a bu ayın sonunda "USS Theodore Roosevelt"-i əvəz etmək barədə əmr vermişəm. Mən həmçinin bölgəni raketdən müdafiəni təmin edə bilən əlavə kreyserlər və esmineslər göndərilməsini, havadan dəstək imkanlarımızı gücləndirmək üçünsə Yaxın Şərqə əlavə döyüş təyyarə eskadrilyasının yerləşdirilməsini əmr etmişəm",-ameriaklı nazir deyib.
O əlavə edib ki, biz bu yolla təhlükəsizliyimizə, tərəfdaşlarımıza və ya maraqlarımıza qarşı inkişaf edən təhdidlərə çevik reaksiya vermək üçün qüvvələrimizi hazır vəziyyətə saxlayırıq.
ABŞ-ın İraqın Ayn əl-Əsəd aviabazasına hücum və amerikalı əsgərlərin yaralanmasına aydınlıq gətirən Pentaqon rəhbəri əmin edib ki, bölgədəki hərbçilərimizə qarşı hücumlara dözməyəcək.