Blinken İsrail və İrana xəbərdarlıq edib
ABŞ müttəfiqləri ilə birlikdə İsrail və İrana birbaşa mesaj göndərib ki, heç kim bölgədə gərginliyi daha da artırmasın.
Paralel.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Biz Yaxın Şərqdə gərginliyi azaltmaq və münaqişənin böyüməsinin qarşısını almaq üçün intensiv fəaliyyət göstəririk. Biz son bir neçə gün ərzində bölgədəki və ondan kənardakı tərəfdaşlarla daimi təmasda olmuşuq", - o qeyd edib.
Onun fikrincə, hücumlar bölgədə heç kəsin proqnozlaşdıra bilməyəcəyi və ya tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrlə müşaiyət oluna bilər.
"Biz bu mesajı birbaşa İrana çatdıraraq, müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatik əlaqələr saxlayırıq. Biz bu mesajı birbaşa İsrailə çatdırırıq”, - Blinken bildirib.
Blinken eyni zamanda əlavə edib ki, ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək mövqeyində qalmaqdadır: "Biz İsraili terrorçuların və onların havadarlarının hücumlarından müdafiə etməyə davam edəcəyik".