Ukrayna Rusiyaya hücum edib - çoxsaylı ölü və yaralılar var
Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumu nəticəsində onlarla xəsarət alan və xeyli sayda ölən var.
Paralel.az xəbər verir ki, Ukrayna ordsu avqustun 6-da Kursk vilayətinə 300-ə yaxın canlı qüvvə, 11 tank və 20 zirehli maşınla hücuma keçib.
Nəticədə 28 rusiyalı yaralanıb, 5 nəfər isə ölüb. Yaralananlar arasında 6 uşaq var.
Ölən və yaralananlar əsasən Kursk vilayətinin Sudjanski və Korenevski rayonunun sakinləridir. Hücum zamanı iki kilsə də dağıdılıb.
Müdafiə Nazirliyinin məlumatına görə , ötən gecə hava hücumundan müdafiə sistemləri Ukryana ordusuna məxsus 11 PUA-nı zərərsizləşdirib.
Nazirliyin məlumatına görə, PUA-lar Kursk, Voronej, Belqorod və Rostov vilayətləri üzərində zərərsizləşdirilib.
Ukrayna ordusuna məxsus PUA Voronejdə iki yaşayış binasına düşüb. Hələlik itki barədə məlumat verilmir.
Mürtəza
Paralel.az