Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
 

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Paralel.az -a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.

 

0.039028167724609