Estetik üçün İspaniyadan Türkiyəyə gəldi, əməliyyatdan sonra öldü 

Estetik üçün İspaniyadan Türkiyəyə gəldi, əməliyyatdan sonra öldü 
 

Estetik əməliyyat olmaq üçün İspaniyadan Türkiyəyə gələn 42 yaşlı qadın vəfat edib.

Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 42 yaşlı Perla Virciniya Baez Qaray İstanbulda özəl xəstəxanalardan birində əməliyyat olunub.

Avqustun 5-də keçirdiyi estetik əməliyyatdan bir neçə saat sonra onun vəziyyəti pisləşib. 

Nəfəs aslmaqda çətinlik çəkən qadın reanimasiyaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

42 yaşlı qadının cəsədi ölüm səbəbinin dəqiqləşdirilməsi üçün tibbi ekspertizaya aparılıb və daha sonra Madridə göndərilmək üzrə ailəsinə təhvil verilib.

İspan qadının ölümü ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Məlumata görə, Baez Qaray 2 uşaq anası olub.

 

 

0.033330917358398