Kosovanın bu qərarı savaşa səbəbdir - Vuçiç

Kosovanın bu qərarı savaşa səbəbdir - Vuçiç
 

Kosova polisi ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyanın “Posta Srbije” milli poçt xidmətinin doqquz şöbəsini bağlayıb.

Paralel.az xəbər verir ki, bu addım Kosova Mərkəzi Bankının Serbiya valyutası dinardan istifadəni qadağan etmək siyasətinin tərkib hissəsidir.

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosova tərəfinin bu addımını pisləyib, bunu hərbi münaqişəyə səbəb olmaq cəhdi kimi qiymətləndirib və Brüsseli bununla bağlı tədbir görməyə çağırıb.

“Biz müharibə istəmirik, sülhü qorumaq niyyətindəyik. Lakin Kosova tərəfi bu addımları bilərəkdən, mütəşəkkil şəkildə və müəyyən Qərb güclərinin dəstəyi ilə atır”, – deyə Serbiya Prezidenti bildirib.(axar.az)

 

0.038158893585205