Ana 13 yaşlı qızını zorlayan şəxsi diri-diri yandırdı

Ana 13 yaşlı qızını zorlayan şəxsi diri-diri yandırdı
 

İspaniyada ana qızını zorlayan şəxsi diri-diri yandırıb.

Paralel.az xəbər verir ki, bu hadisə ilə bağlı verilən məhkəmə qərarları ölkə səviyyəsində müzakirə olunmaqdadır.

Belə ki, 1998-ci ildə Antonio Kosme qonşusunun 13 yaşlı qızı Veronikanı zorlayıb. Bundan sonra hadisəni törədən şəxs həbs edilib.

2005-ci ildə A.Kosme həbsxanadan icazəli şəkildə çölə buraxıldığı bir gündə zorladığı qızın anası Maria del Karmen Qarsiya ilə qarşılaşıb.

Bu qarşılaşma zamanı Kosmenin təkəbbürlü şəkildə Veronikanın vəziyyətini soruşması ananı qəzəbləndirib və o, benzin taparaq qonşusuna od vurub.

Bədəninin böyük bir hissəsi yanan şəxs xəstəxanada ölüb. Saxlanılan ana məqsədinin qonşusunu öldürmək yox, qorxutmaq olduğunu deyib.

Ana Maria del Karmen əvvəlcə 9.5 il müddətinə azadlıqdan məhrum edilsə də, apellyasiya şikayəti əsasında onun cəzası 5,5 ilə endirilib. 

Böyük ictimai dəstək alan Qarsiya üçün amnistiya kampaniyaları təşkil edilib.

Bir ildən çox həbsxanada qaldıqdan sonra xüsusi səbəblərə görə onun cəzası təxirə salınıb.
Müttəhim 2023-cü ildə yenidən həbsxanaya göndərilib və 2018-ci ildə azadlığa buraxılıb. 

Bu hadisə İspaniyada ədliyyə sistemi, uşaq istismarı və qurbanların hüquqları ilə bağlı geniş müzakirələrə səbəb olub.

 

0.066626071929932