Türkiyədə xaricdən məhsul sifarişi üçün limit kəskin endirildi, vergi artırıldı

Türkiyədə xaricdən məhsul sifarişi üçün limit kəskin endirildi, vergi artırıldı
 

Türkiyədə xaricdən alış-veriş edənlərlə bağlı yeni tənzimləmələr həyata keçirilib.

Paralel.az “takvim” qəzetinə istinadla xəbər verir ki, bu barədə qərar rəsmi qəzetdə dərc olunub.
Yeni qərara əsasən,  xaricdən sürətli karqo alış-veriş limiti 150 avrodan 30 avroya endirilib.
Bundan əlavə, xaricdən sifariş edilən məhsullara görə vergilər 66% artırılaraq 100%-ə çatdırılıb.

Qərar 15 gün sonra qüvvəyə minəcək. 

Qeyd edək ki, əvvəlki tənzimləmədə Avropa Birliyi ölkələrindən gələn məhsullar üçün vergi 18%, digər ölkələrdən gəlirsə, vergi 30 % idi.

 

0.049211978912354