“F-16”-lar Rusiya ərazisini də vuracaqmı? - ABŞ-nin cavabı birmənalı deyil

“F-16”-lar Rusiya ərazisini də vuracaqmı? - ABŞ-nin cavabı birmənalı deyil
 

Məlum olduğu kimi, nəhayət, “F-16”-ların ilk 10 ədədi Ukraynanın ixtiyarına verilib. Artıq onlardan istifadə edildiyi barədə məlumatlar da var. Bəs bu təyyarələr Rusiya ərazisindəki hərbi obyektlərin, ordu qruplaşmalarının, texnikanın və s. vurulmasında da iştirak edə biləcəkmi? Daha doğrusu, ABŞ buna icazə verirmi?

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-nin Ukrayna Silahlı Qüvvələri üçün müəyyən etdiyi “tabular”la bağlı sualı cavablandırıb. 

Miller deyib ki, “F-16” qırıcılarının ilk partiyasının Ukraynaya təhvil verilməsinə baxmayaraq, Vaşinqtonun mövqeyi dəyişməz qalır. 

Belə ki, onların Rusiya ərazisini vurub-vurmaması döyüş meydanındakı vəziyyətdən asılı olacaq: “Biz Ukrayna ordusunun ehtiyaclarına baxmağa, təhlükəsizlik vəziyyətini qiymətləndirməyə və onların ehtiyaclarına cavab verməyə çalışırıq”.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, bu proses “əvvəldən bu günə qədər davam edir”: “Bu yolla biz Ukraynaya verdiyimiz silahlarla, eləcə də bu silahların istifadəsinə qoyduğumuz məhdudiyyətlərlə bağlı müvafiq qərarlar qəbul edirik”.

O, həmçinin Rusiya raketlərini vurmaq üçün Qərb tərəfdaşlarının və NATO üzvlərinin imkanlarının genişləndirilməsi ilə bağlı suala dəqiq cavab verməyib. Miller vurğulayıb ki, belə bir qərar “NATO üzvləri tərəfindən kollektiv şəkildə qəbul edilməlidir”.

0.14528703689575