Banqladeşdə qan su yerinə axır

Banqladeşdə qan su yerinə axır
 

Banqladeşdə keçirilən etiraz aksiyalarında bir gündə azı 56 nəfər ölüb, 100-dən çox adam xəstəxanaya yerləşdirilib.

Paralel.az ” xəbər verir ki, bu barədə “Agence France-Presse” polis və həkimlərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Baş nazir Şeyx Hasinanın istefa verərək ölkəni tərk etməsinə baxmayaraq, Dəkkə və digər şəhərlərin küçələrində hələ də nümayişçi izdihamı qalmaqdadır.

Daha əvvəl iyul ayında başlayan etirazlar zamanı ölənlərin ümumi sayının avqustun 5-i səhər saatlarında təxminən 300 nəfər olduğu bildirilmişdi.

Banqladeş ordusu atışmanı dayandıracağını vəd edərək və vətəndaşları asayişi qorumağa çağıraraq ölkənin idarəetməsini müvəqqəti ələ alıb. Yaxın vaxtlarda Banqladeşdə müvəqqəti hökumətin yaradılması planlaşdırılır.(Report)

 

0.050354957580566