Medvedev: Qoy cəhənnəmdə yansınlar!
Əsir mübadiləsi çərçivəsində Qərbə gedən Vətən xainləri yer üzündəki varlığın zəifliyini unutmamalıdırlar.
Paralel.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında ABŞ və Rusiya arasında əsirlərin mübadiləsini şərh edərkən verib.
O əlavə edib ki, söhbət ağzı köpüklənə-köpüklənə danışan, dili çırtıq halda hakimiyyətə can atan qeyri-sistemli müxalifətdən və ya öz Vətəninin görmək istəməyən və nifrət edənlərdən, əməldə ümumi vətəndaş sülhünü, ideoloji əsasları məhv etməyə çalışanlardan gedir.
Medvedyev həmin şəxsləri satqın kimi xarakterizə edərək deyib: "Ümumiyyətlə, qoy, cəhənnəmdə yansınlar!"