Turistlərin olduğu kanatı ildırım vurdu: İpdən asılı havada qaldı

Turistlərin olduğu kanatı ildırım vurdu: İpdən asılı havada qaldı
 

İtaliyada kanat yolunda qəza baş verib. Turistləri daşıyan kanat az qala qayaya çırpılıb.

Sfera.az bildirir ki, İtaliyanın Tofane dağ silsiləsi üzərində kanat hərəkətdə olarkən ildırım çaxıb. Kanat qəfildən qoparaq küləkli havada yellənməyə başlayıb. Turistlər təşvişə düşüb.

Qəzaya da ildırım vurması səbəb olub. Güclü elektrik boşalması texniki nasazlığa səbəb olub. Qoruyucu yanıb, nəticədə bir qrup turist Dolomitlərdəki dağ silsiləsinin çətin keçilən hissəsində 3244 m yüksəklikdə ilişib qalıb.

Kabinədə əyləşən əcnəbilər son dəfə dualar etməyə, ailələrinə, dostlarına, yaxınlarına zəng etməyə başlayıblar. Onlar belə şəraitdə yaşamaq şanslarının olmadığını düşünürdülər.


İtaliyanın Roma şəhərindən olan səyahətçilərdən biri təcili əyləc işə salındıqdan sonra bütün qrupun bəzilərinin ağladığı, bəzilərinin isə qorxudan titrəyərək ölüm haqqında düşünməyə başladığını bildirib.
“Sonra kabel avtomobili işə düşdü və bu, üç dəfə təkrarlandı. Mən özümü ələ almağa çalışdım”- zərərçəkmiş bildirib.

Attraksion meneceri Roberto Rimoldi bildirib ki, belə hallarda insanlar üçün heç bir təhlükə yoxdur, çünki kanat yolu bütün riskləri minimuma endirəcək şəkildə tərtib edilib.

“Onlar qayalara çırpıla bilməzdi. Stansiya bunun baş verməməsi üçün xüsusi olaraq hazırlanmışdır. Sərnişinlərin hiss etdiyi şok, qorxunun təsirindən olub, anlayıram. Əslində isə heç bir şey onların həyatına təhlükə yaratmayacaqdı”-deyə o izah edib.

Həmin gün axşam saatlarında kabin yenidən stansiyaya çəkilib. Zərərçəkənlərə pulsuz şam yeməyi verilib.

Yeri gəlmişkən, bu, ilk belə hadisə deyil. Bir müddət əvvəl macəra axtaranlar Çinin Zhejiang əyalətində kanat yolu ilə uçuruma qalxıblar. Lakin bir anda hərəkət qəfil dayanıb. Turistlərdən biri qohumuna mesaj göndərərək qeyd edib ki, onlar bir saatdır dağlarda asılı vəziyyətdə qalıb və heç nə baş vermir.

 

0.1585099697113