Kadırov xəstəliyindən danışdı, sonra 30 dəfə...

Kadırov xəstəliyindən danışdı, sonra 30 dəfə...
 

Bir müddətdir ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılır. İddia olunur ki, həkimlər hələ 2019-cu ildə Kadırova mədəaltı vəzin xərçəngi- pankreas nekrozu diaqnozu qoyub.

 Məhz bu səbəbdən 2019-cu ildən Kadırov Rusiya Prezidentinin Mərkəzi Klinik Xəstəxanasında ildə ən azı iki dəfə müntəzəm müalicə, o cümlədən cərrahi əməliyyat keçirib.

2020-ci ilin yayında Çeçenistan rəhbəri koronavirusa yoluxması Kreml həkimlərinin inkişafını dayandırmağa çalışdığı əsas xəstəlikdən əlavə səhhətində ciddi problemlər yaradıb.

2022-ci ilin yazında Kadırovun səhhəti sürətlə pisləşməyə başlayıb. Bu dəfə isə onun sifətində şişkilər olması diqqət çəkdi ki, bu da həm böyrək çatışmazlığı, həm də əsas xəstəliyin fəsad yaratdığı ağciyərlərdə mayenin yıgılmasının nəticəsi olduğu iddia edilirdi.  

Musavat.com xəbər verir ki, Çeçenistan  rəhbəri Ramzan Kadırov ilk dəfə səhhətinin pisləşməsi ilə bağlı iddialardan danışıb. 

O, “Rossiya- 1” kanalına qeyd edib ki, tam sağlamdır və mütəmadi olaraq müayinə olunur. Kadırovun sözlərinə görə,  doğru  həyat tərzi  onun sağlamlığını qorumağa kömək edir. O,  qidalanmaya nəzarət edir, bundan əlavə, siyasətçi hər səhər fiziki məşqlər edir.

“Mən tamamilə sağlamam. Üç aydan bir müayinə olunuram. Sonuncu dəfə D vitaminim bir qədər azalmışdı” deyə, - Kadırov  telekanala deyib.

Sözlərini təsdiqləmək üçün Kadırov kameralar qarşısında dartınıb, üstəlik, o, bunu  30 dəfə edib. Sonda o əlavə edib ki, səhhətinin pisləşməsi ilə bağlı şayiələr yayan Qərb mediasına əhəmiyyət verməməyə çalışır.“Bunu ona görə uydururlar ki, respublikamızda hay-küy, panika olsun. Müharibədən sonrakı dövrdə  Çeçenistanın ayağa qalxması onların xoşuna gəlmir. Və bu respublika bu gün döyüşən birlik kimi Rusiyanın bütövlüyünü müdafiə edir”, - deyə Çeçenistan rəhbəri yekunlaşdırıb.

Kadırov  Qərbin Rusiyaya qarşı siyasətindən də danışıb. O vurğulayıb ki, Avropa bütün gücü ilə Rusiyanı Ukrayna vasitəsilə məhv etməyə çalışır, lakin heç nə alınmayacaq.

 

0.073950052261353