Maduro 2 min nəfərin saxlanıldığını AÇIQLADI
Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsinə yenidən seçilməsinə qarşı etiraz aksiyaları zamanı 2 minə yaxın insan həbs edilib.
Paralel.az xəbər verir ki, bu barədə dövlət başçısı şənbə günü Karakasda keçirilən mitinqdə məlumat verib.
O bildirib ki, 2014 və 2017-ci illərdəki iğtişaşlardan fərqli olaraq, bu iğtişaşlar uzun sürməyəcək.
Maduro günahkarların hamısına "maksimum cəza" vəd edib: "Bu dəfə heç bir bağışlanma olmayacaq".(publika.az)