Baş nazirin müavini Yaqub Əyyubovun İngiltərədəki şirkətlərində biri bağlanıb

Baş nazirin müavini Yaqub Əyyubovun İngiltərədəki şirkətlərində biri bağlanıb
 

Qanunla qadağan olunsa da, Azərbaycan məmurlarının ölkə daxilində və xaricdə qurduğu geniş biznes şəbəkələrinin həcminin böyük olduğu hər kəsə məlumdur.

Bu silsilədən olan Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun İngiltərənin Berkshire şəhərindəki çoxsaylı şirkətlərindən birini bağlandığı bildirlir..

Bu barədə jurnalist Cavanşir Həsənli yazıb.

Jurnalistin araşdırmasına görə, onun 75 faiz payla sahib olduğu 2020-ci ilin noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçmiş “NEW CANADA LIMITED” şirkəti (Qeydiyyat nömrəsi 13044330) bu ilin yanvarında ləğv edilib və reyestrdən çıxarılıb.

“NEW CANADA LIMITED” Orxan Eyyubovun təsisçisi olduğu “NEW CANADA CAPİTAL LTD”nin törəmə müəssisəsi kimi fəaliyyət göstərib.

Sənədlərə görə ləğv olunan şirkətin 25 faiz hissəsi Orxan Eyyubovdan 3 yaş böyük olan ingilis xanım Cennifer Mari Makdonalda, digər 25 faiz isə onun atası Mr Con Macdonalda məxsus olub.

Xatırladım ki, “NEW CANADA CAPİTAL LTD”nin ötən ilki maliyyə sənədlərinə əsasən aktivlərinin həcmi 15 milyon funt-sterlinqdən artıq olub.

0.022460222244263