TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb
TSAXAL ordusunun İordan çayının Qərb sahilindəki Tulkarm şəhərinə zərbələri zamanı HAMAS-ın komandirlərindən biri və 4 silahlı zərərsizləşdirilib.
Reuters xəbər verir ki, hadisə onların avtomobilinin raketlə vurulması nəticəsində baş verib.
İkinci raket zərbəsi zamanı isə daha 4 nəfər öldürülüb.
Qeyd edək ki, iyulun 31-də HAMAS lideri İsmail Haniyə Tehranda iqamətgahının raket zərbəsinə məruz qalması nəticəsində qətlə yetirilib.